Bank

Mərkəzi Bankın beynəlxalq ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatları bu ilin iyulun sonuna 5 962,8 mln. ABŞ dolları təşkil edib.

AMB-dən verilən məlumata görə, bu göstərici ilin əvvəlindən 337,1 mln. dollar və ya 6%, son bir ildə isə 415,9 mln. dollar və ya 7,5% artıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar mərkəzi banklar tərəfindən ödəniş vasitəsi kimi qəbul olunan valyuta ehtiyatlarıdır. Bu ehtiyatlar qızıl və ya digər valyutalar şəklində ola bilər. Beynəlxalq ehtiyatlar, həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün də istifadə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department