12 sığorta şirkəti “qırmızı zonada”
Azərbaycanın 22 sığorta şirkətindən 12-si ötən ilin 7 ayı ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində daha az sığorta haqları toplayıblar. 9 sığorta şirkətinin topladığı sığorta haqları artıb, 1 sığorta şirkəti isə bu il fəaliyyətə başladığından müqayisəsi yoxdur.
ENA.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, “AtaSığorta”, “Atəşgah Həyat” Sığorta, “Atəşgah” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta, “Azərbaycan Sənaye Sığorta”, “AZSIĞORTA”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “Paşa Həyat Sığorta”, “Qala Həyat” və “Standard Insurance” şirkətlərinin topladığı sığorta haqları azalıb.
Ötən ilin 7 ayı ilə müqayisədə 2019-cu ilin 12 ayı ərzində sığorta ödənişləri 10 şirkətdə azalıb, 11-də artıb. 1 sığorta şirkəti isə bu il fəaliyyətə başladığından müqayisəsi yoxdur.
Min manatla