Elm və Texnologiya

“WhatsApp”dan dörd - YENİ FUNKSİYA

“Facebook” şirkətinə daxil olan və 1,5 milyarddan çox istifadəçiyə malik populyar mesajlaşma tətbiqi “WhatsApp” platformaya dörd yeni funksiyasını əlavə edib.

Gəlin, “WhatsApp”ın yeni funksiyalarına yaxından baxaq…

1. Barmaq izi təhlükəsizliyi – “WhatsApp”uzun müddətdir gözlənilən barmaq izi klidini nəhayət istifadəyə verib. Yeni funksiya istifadəçilərin mesajlarını təhlükəsizlik altına alır. Barmaq izi funksiyasının aktiv edilməsi ilə tətbiqə barmaq izi oxutmadan daxil olmaq olmur. Barmaq izinin çalışmadığı vəziyyətlərdə isə öncəsində təyin olunan şifrə ilə tətbiqə daxil olunur.

2. Səs yazıları avtomotik oynadılacaq. “WhatsApp”ın yeni funksiyası ilə artıq səsli mesajlar ard-arda avtomotik oynadılacaq. Platforma bu günə qədər səsli mesajları manuel olaraq oynadırdı.

3. “Facebook” etiketi: “Facebook”a daxil olan “WhatsApp”a “Facebook” etiketi əlavə edilir. Artıq platformanın tənzimləmələr bölümündə “WhatsApp”dan “Facebook” etiketi olacaq.

4. Tez -tez göndərilən mesajlar etiketi: “WhatsApp”ın bir başqa funksiyası isə tez-tez göndərilən mesajlar etiketidir. Yeni funksiya ilə tez-tez göndərilən mesajlar etiketlənəcək. Platforma bu funksiya ilə sosial mediada sürətlə yayılan saxta kontentin qarşısına keçməyi hədəfləyir. Artıq göndərilən mesajlarda yeni etiket olacaq və əlaqəli mesajın bir çox insana çatdığı məlum olacaq. Bununla istifadəçilər özlərinə gələn mesajın özəl olmadığını daha asan anlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)