Azərbaycanda 8 bankın kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.
ENA.az xəbər verir ki, bunlar "Bank Avrasiya", "Muğan Bank", "Access Bank", "Bank of Baku", "Atabank", "AGBank", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (1,8%), ən çox azalma isə Pakistan bankında (36,3%) qeydə alınıb.
Qalan 22 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (45%), ən aşağı dinamika isə "Günay Bank"da (5,7%) qeydə alınıb.