Sənaye

Qaz sayğaclarının idxalı iki dəfə artıb

Bu ilin ilk yarısında Azərbaycan xaricdən 183,2 min ədəd qaz sayğacı alıb, bu da 2018-ci ilin eyni dövründən iki dəfə çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Azərbaycana Çin (94 min ədəd) və Fransa (87,1 min) istehsalı məişət və s. qaz sayğacları gətirilir.

Çin müəssisələri sayğacları 23,92 dollardan, Fransa müəssisələri 88,91 dollardan satır.

Bu il həmçinin Almaniyadan ümumi dəyəri 84,6 min dollar olan 121 ədəd, Slovakiyadan 130 ədəd (104,5 min dollar) və Türkiyədən 1,7 ədəd (18,9 min) müxtəlif təyinatlı qaz sayğacları alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)