Sosial iqtisadiyyat

Avtobuslar yalnız bir dəfə gömrük yoxlanışından keçəcək

Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən açıqlama verilib.

Bildirilib ki, Komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür.

Layihə tətbiq olunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istiqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)