ENA+

Türk Lirəsi dollara qarşı ən çox dəyər itirən valyuta oldu - UCUZLAŞMA

Dollar Türk Lirəsinə qarşı həftəyə bahalaşma ilə başladı, bu gün isə məzənnədə daha da yüksəldi.

ENA.az xəbər evrir ki, bazar ertəsi günü Dollar / TL məzənnəsi 1.44 faiz artdı və 5.6599 səviyyəsindən sonra da yüksəlməyə davam etdi. Gündəlik əməliyyatlarda məzənnə 5.7485 səviyyəsinə qalxdı və bu gün Türkiyə vaxtı ilə 13:10-da 1.05 faiz bahalaşaraq 5.7198 səviyyəsində alıcı tapdı.

Türk Lirəsi, Bloomberg-in izlədiyi 24 inkişaf edən bazar arasında həftənin əvvəlindən bəri dollara qarşı ən çox dəyər itirən valyuta oldu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department