Neftin qiyməti 57 dollara düşdü
![](https://ena.az/uploads/news/2019-08/_ena_f04be248af688b96e0b8ffcd4_o.jpg)
Bakı vaxtı ilə saat 17:38-də Brent nefti 57,05 dollardan alıcı tapıb. Brent nefti son seansda 3,21% ucuzlaşıb. Halbuki, iyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı.
Aprel ayının ortaları ilə müqayisədə isə neftin qiyməti 24% düşüb. Apreldə Brent neftinin qiyməti 75 dolları keçmişdi.
Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin artmasıdır. ABŞ sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqlayıb və bu soyuq müharibənin qlobal iqtisadiyyata ziyan vuracağı, nəticədə neftə tələbin azalacağı ehtimalları neftin qiymətini salır.
Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.