Qeyri-Bank

Səhmlərin buraxılışı 2 dəfə çoxalıb: artım faizində sığorta bankı üstələyir

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin I yarısında 8 mlrd. 848,5 mln. manat məbləğində qiymətli kağızların dövlət qeydiyyatını həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,8% çoxdur. Bu barədə MBNP-nin məlumatında deyilir.

Yanvar-iyun aylarında Palata 64 emitent (artım 82,8%) tərəfindən 1 mlrd. 262,6 mln. manat məbləğində səhmlərin (artım 2 dəfə) buraxılışını qeydiyyata alıb.

Banklar 384,8 mln. manat məbləğində (artım 7,8%) 7, sığorta şirkətləri 58,9 mln. manat məbləğində (artım 15,9%) 3 (artım 50%), digər təşkilatlar isə 818,8 mln. manat məbləğində (artım 4,1 dəfə) 54 səhm emissiyası (artım 2,1 dəfə) həyata keçirib.

Bundan əlavə, cari ilin I yarısında 10 emitent (azalma 67,8%) tərəfindən 120,4 mln. manat məbləğində korporativ istiqrazların (azalma 85,9%) qeydiyyatı aparılıb. Hesabat dövründə kredit təşkilatları tərəfindən 39,2 mln. manat, digər təşkilatlar tərəfindən 81,2 mln. manat məbləğində istiqrazların emissiyası qeydiyyata alınıb.

Yanvar-iyun aylarında 7,466 mlrd. manat məbləğində dövlət qiymətli kağızlarının qeydiyyatı da aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)