Sosial iqtisadiyyat

SOCAR-ın Sərmayələr İdarəsinin rəisinin qohumu həbs olundu

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edilib. AFN.az yazır ki, V.Əliyevin baldızı oğlu Nicat Qarayev özü könüllü prokurorluq orqanlarına təslim olub.

Məlum olub ki, N.Qarayevin haqqında V.Əiyevin oğlu Orxan Əliyevin və "Azfen"də çalışan bir qrup şəxsin iyulun 15-də etdiyi müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi açılıb.

Qeyd edək ki, V.Əliyev özü də məsələyə münasibət bildirərkən oğlunun N.Qarayevin əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi haqda açıqlama vermişdi. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)