Avtomobil

Yollardakı YPX maşını maketləri “gəzəcək”

Avtomobil yollarında quraşdırılan yol-patrul xidməti avtomobili maketlərinin yeri mütəmadi olaraq dəyişdiriləcək.

ENA.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qurumun açıqlamasına görə, səmərəlilik baxımından belə addım atılacaq.

“Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə geniş tətbiq edilən bu metod yol qəzalarının sayını minimuma endirməkdə mühüm nəticələr verir. Uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlərin yerləri səmərəlilik baxımından mütəmadi olaraq dəyişdiriləcək. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində sürücülərin diqqətini daha tez cəlb etmək üçün göy-sayrışan işıq cihazları ilə təchiz edilmiş maketlər gələcəkdə daha innovativ əlavələr tətbiq edilməklə istifadə olunacaq.

Hazırda bu mobil maketlərin yol hərəkəti iştirakçılarının kifayət qədər uzaq məsafədən aydın görə biləcəkləri, eləcə də qəza ehtimalı daha çox olan avtomobil yollarında quraşdırılması nəzərdə tutulub və artıq prosesə başlanılıb”, - deyə açıqlamada bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department