Xarici bankın istiqrazları Bakı Fond Birjasında listinqə qəbul olundu
10 milyon manatlıq istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək
“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin 26 iyul 2019-cu il tarixində keçirilmiş iclasında Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunması qərara alınıb.
Bu barədə Birjadan bildirilib.
Qara Dəniz Ticarət və İnkişaf Bankının nominal dəyəri 1 000 manat olan 10 000 ədədistiqrazları BFB-nin tiracət platformasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.