Vakansiyalar

Ultra Technologies Company işçi axtarır - VAKANSİYA

Kiçik Proqramçı

İş barədə məlumat:

- Proqram təminatını yazmaq;
- İşləri tələb olunan vaxtlarda yekunlaşdırmaq;
- Mövcud proqramların üzərində dəyişiklik etmək;
- Texniki şərtə uyğun alqoritm hazırlamaq və yazılacaq proqramın işləmə mexanizmini tərtib etmək;
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü) 
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə 
- Əmək haqqı namizədin təcrübə və bacarığından asılı olaraq sınaq müddəti ərzində 300-500 azn

Namizədə tələblər

- Yaş həddi: 23-30 yaş
- Kompüter elmləri üzrə və ya müvafiq sahə üzrə ali təhsil

- Sahə üzrə Iş təcrübəsi və reallaşmış layihələrdə iştirak edən namizədlərə üstünlük verilir

- Səliqəli və oxunaqlı kod yazmaq bacarığı 
- Java proqramlaşdırma dil bilikləri
- Rest web service, JavaScript, jQuery, SQL bilikləri
- Dil bilikləri: Azərbaycan dili səlis, Texniki ingilis dili bilikləri (minimum texniki sənədləşməni oxuma bacarığı)
- Riyazi düşüncə tərzinə malik olması
- Analitik düşünmə qabiliyyəti
- Komanda tərkibində işləmə bacarığı
- Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyillilik

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Kiçik proqramçı ” qeyd edərək öz CV-lərinizi hr@ultra.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department