Sosial iqtisadiyyat

Vergilər Nazirliyi “Azərmaş”dan avtomobillər alır

Vergilər Nazirliyi “Azərmaş” zavodu ilə «Khazar SD» və «Peugeot Khazar» markalı avtomobillərin satın alınması haqqında 91,5 min manat dəyərində müqavilə imzalayıb. Bu barədə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən məlumat verilib.

““Azərmaş” avtomobil zavodu Vergilər Nazirliyi üçün avtomobil tədarük edəcək. Müəssisə ilə avtomobillərin satın alınması haqqında müqavilə iyul ayında imzalanıb. Müqavilənin dəyəri 91,5 min manatdır”, – deyə məlumatda bildirilir.

“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.

I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.

Bu il zavodda 3 min ədəd minik avtomobilinin istehsalı planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department