Qeyri-Bank

Məcburi auditdən keçməyənlərin sayı artıb

Auditorlar Palatası 2018-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatını açıqlayıb. Məlum olub ki, ötən il məcburi qaydada audit yoxlamasından keçməli olan, lakin bu yoxlamalardan yayınan obyektlərin sayı kifayət qədər çox olub. 

Hesabata əsasən, 2017-2018-ci illər ərzində məcburi audit subyektlərinin təşkilati-hüquqi forması üzrə göstərilən auditor xidmətlərinin təhlili nəticəsində ötən il respublika üzrə 47 min 286 məcburi audit obyektindən 3.142-nin (6,64%-i) auditdən keçdiyi müəyyən edilib. 2017-ci il ərzində respublika üzrə 67 min 507 məcburi audit obyektindən cəmi 2.134-ü (3,16%-i) bu tələbi yerinə yetirib. 2017-2018-ci illər müqayisə edildikdə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayında 3,48 faiz artım müşahidə edilib.

Beləliklə, 2017-2018-ci illər üzrə auditdən keçməyə dair aparılan müqayisələr zamanı aşağıdakı nəticələr qeydə alınıb:

  • səhmdar cəmiyyətləri üzrə 14,94%-dən 39,21%-dək artım;
  • məhdud məsuliyyətli cəmiyyətlər üzrə 0,89%-dən 3,68%-dək artım;
  • bələdiyyələr üzrə 78,67%-dən 60,95%-dək azalma;
  • siyasi partiyalar üzrə 30,91%-dən 34,55%-dək artım.

Daha ətraflı: http://www.audit.gov.az/

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)