"Azəristiliktəchizat"da qışa hazırlıq - Yarım milyonluq avadanlıq alır

Azəristiliktəchizat" ASC İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materiallar və nəzarət qurğuları alır.
"Bİ" xəbər verir ki, bunun üçün şirkət eyni gündə 2 şirkətlə 516 min 664 manat dəyərində müqavilə bağlayıb. İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materialları Azəristiliktəchizat"a "Kaspian Stars" MMC verəcək. Oktyabrın 25-də imzalanan müqaviləyə görə, xidmət müqabilində şirkətə 275 min 833 manat ödəniləcək.
İstilik təchizatı sistemləri üçün nəzarət ölçü çihazları, kompüter və elektrotexniki avadanlıqları isə "Ayzberq-M" MMC təmin edəcək. Əvəzində şirkətə 240 min 831 manat ödəniləcək.
1 |
Azəristiliktəchizat ASC |
Kaspian Stars MMC |
İstilik təchizatı sistemləri üçün zəruri olan mal-materiallar |
275832.90 |
2018-10-25 |
32 |
Azəristiliktəchizat ASC |
Ayzberq-M MMC |
İstilik təchizatı sistemləri üçün nəzarət ölçü çihazları, kompüter və elektrotexniki avadanlıqlar |
240831.32 |
2018-10-25 |