Sosial iqtisadiyyat

Pensiyalar yenə artacaq - TARİX AÇIQLANDI

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i deməkdir. Yerdə qalan 40%-i isə yaddan çıxmayıb”. 

Eləcə də bax: Nazir Sahil Babayevdən - İNFLYASİYA AÇIQLAMASI

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

Nazir bildirib ki, 2020-ci ilin yanvarından pensiya artacaq: “Orta aylıq əmək haqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department