Sosial iqtisadiyyat

DGK kompüter parkını lisenziyalaşdırır

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) kompüter parkının böyük əksəriyyəti lisenziyalı proqram təminatı ilə təchiz olunub.

Bunu "Microsoft Azerbaijan" şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov deyib.

Onun sözlərinə görə, qeyd olunan qurumda istifadədə olan kompüterlərin tam lisenziyalaşdırıldıqdan sonrakı mərhələdə “Microsoft”un partnyorlarının təklif etdiyi müxtəlif həllərinin DGK-da implementasiyası nəzərdə tutulur.

"Azərbaycanda bizim gördüyümüz işin təqribən 10%-i lisenziyanın satışı və proqram təminatının texniki dəstəyindən ibarətdir. Biznesin qalan 90%-i isə əsasən partnyorların bazarda təklif etdiyi həllərdir. Hazırda biz Azərbaycanda bir çox dövlət qurumları ilə əməkdaşlıq edirik, onların sırasında Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi və s. qurumları qeyd etmək olar", - deyə K. Əsədov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)