Sənaye

Neft 30 dollara qədər ucuzlaşa bilər - PROQNOZ

Rusiya Baş nazirinin Birinci köməkçisi və Maliyyə naziri Anton Siluanov, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasındakı neft hasilatının azaldılması razılaşmasının (sazişin) uzadılmaması halında neft qiymətlərinin 30 dollara düşə biləcəyini bildirib.

"ENA" xəbər verir ki, Siluanov Dumada etdiyi çıxışında, razılaşmanın gələcəyinə dair qeyri-müəyyənliyin davam etdiyini söyləyib. 

Rusiyanın büdcə planlamşdırılmasında bütün risklərin nəzərə alınması lazım olduğunu vurğulayan Siluanov, "Əgər OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasındakı saziş uzadılmazsa neft qiymətləri 30 dollara qədər düşə bilər" deyib. 

Rusiyanın Energetika naziri Aleksandr Novak da jurnalistlərə verdiyi açıqlamada, neft qiymətlərinin 30 dollara qədər düşə biləcəyi fikirinə qatıldığını qeyd edərək, "Hər şey ticarət müharibələri və sanksiyalar kimi qeyri-müəyyənliklər səbəbilə neft bazarlarında bu ilin ikinci yarısında nələr yaşanacağına bağlıdır" deyib. 

Səudiyyə Ərəbistanının Enerji, Sənaye və Təbi ehtiyatlar naziri Xalid əl-Falih isə bir müddət əvvəl verdiyi açıqlamada, Rusiya ilə neft bazarlarına dair müsbət danışıqlar apardıqlarını qeyd edərək, "OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft istehsalının azaldılması razılaşmasının uzadılacağına əminim" ifadəsini istifadə etmişdi.

Neft qiymətləri düşdüyünə görə OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələr hasilatlarını azaldırlar. Gündəlik 1,2 milyon barellik azaldılmanın nəzərdə tutulduğu sazişin müddəti bu ay sona çatır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)