Rusiyada istifadəsiz körpü oğurlanıb - FOTO

Rusiyanın Murmansk vilayətində çay üzərindən keçən dəmiryol körpüsü oğurlanıb.
Koaşva qəsəbəsinin sakinləri bundan xəbər tutub hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Ehtimala görə, “metal ovçuları” körpünün mərkəzi hissəsini çaya aşırıb onu hissələrə bölüblər.
2007-ci ilə kimi buradan dəmir yolu keçib, sonra isə fəaliyyətini dayandırıb.
Yerli hakimiyyət orqanları körpünün uzun müddətdir ki balansdan çıxdığını bildirirlər.