"Meyvezer ən bahalı idmançıdır. Belə pulları isə bizdə hələ vermirlər”
Çeçenistan başçısı Ramzan Kadırov hesab edir ki, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla amerikalı Floyd Meyvezerarasında Rusiyada döyüş təşkil etmək mümkünsüzdür.
"Bİ" xəbır verir ki, o, Meyvezerin ən bahalı idmançı olduğunu xatırladıb:
“Onun Rusiyaya gəlməsi və döyüşün keçirilməsi üçün ən azı 200-250 milyon dollar tələb olunur. Belə pulları isə bizdə hələ vermirlər”.
Siyasətçi əlavə edib ki, mümkün döyüş haqqında yayılan xəbərlər sadəcə reklam məqsədi güdür.
Kadırov etiraf edib ki, amerikalı boksçunun pərəstişkarıdır.