İran xurma ixracına vergi tətbiq edib
İranın Bazarın Tənzimlənməsi Komitəsi müxtəlif xurmaların ixracına vergilər tətbiq edib.
Hər 1 kq "Mozafati" xurmasına 80 min rial (təxminən 0,59 dollar), "Kabkab" xurmasına 50 min rial (təxminən 0,37 dollar,) digər xurmalara isə 30% vergi tətbiq olunub.
Qeyd edək ki, aprelin 30-da İranın Bazarın Tənzimlənməsi Komitəsi xurma ixracına qadağa tətbiq edib. Lakin bəzi rəsmilərin etirazı nəticəsində sonradan bu qərar icra olunmayıb.
İran ildə 1,1 milyon ton xurma istehsal edir və dünyada xurma ixracı üzrə 5-ci ölkədir.