BİZNES

"Dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz, ölkəyə xarici sərmayə gəlməlidir"

"Biz dövlətə ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik".

Bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı "Azərsun Holding"in prezidenti Abdulbari Gözal deyib.

Onun sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz:

"Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar".

Holdinq rəhbəri Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib:

"Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)