Bank

Almaniyanın maliyyə təşkilatının Azərbaycan bankında payı artıb

Ötən il Almaniya İnvestisiya və İnkişaf Təşkilatının (DEG - Deutsche Investitions - und Entwicklungsgesellschaft mbH) Azərbaycanın “Bank Respublika” ASC-də payı artıb.

"ENA" Bankın İllik hesabatına istinadən xəbər verir ki, əsas səhmdar Quliyev Natiq Saday oğlunun payı 2017-ci ilin sonunda 45.67% ikən, 2018-ci ilin sonunda 43.96%-ə düşüb. DEG-in payı isə 10.86%-dən 16.60%-ə yüksəlib.

Həmçinin Quliyev Elçin Saday oğlunun, Quliyeva Sevda Saday qızının, Quliyev Saday Əsəd oğlunun, Quliyeva Mariya Heydər qızının və SIDT-nin (Sparkassen International Development Trust GmbH) payları azalıb.

Banka Quliyev Natiq Saday oğlu nəzarət edir. Hazırki konsolidə edilmiş maliyyə hesabatları İdarə Heyəti tərəfindən 31 may 2019-cu il tarixində təsdiq edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)