"Fitch Ratings"dən neft qiymətləri barədə - PROQNOZ
Bu il neft qiymətlərinin orta hesabla 65 dollar səviyyəsində olacağı gözlənilir.
Bunu “Fitch Ratings” agentliyinin Avropada suveren fondlar üzrə direktoru Marina Stefani deyib.
Onun sözlərinə görə, 2020-ci ildə neftin qiyməti 62,5 dollar səviyyəsində olacaq.
Ekspert onu da qeyd edib ki, Azərbaycanda qaz hasilatı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi sayəsində artacaq.
Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı ilin iyununda imzalanıb.
Qeyd edək ki, hazırda brent nefti 61 dollar səviyyələrindən alıcı tapır.