Sosial iqtisadiyyat

Ən böyük ixrac şirkətlərinin adları - AÇIQLANDI

Ən böyük ixrac şirkətlərinin adları açıqlanıb.

"ENA" xəbər ki, “İxrac İcmalı”nın may sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

Bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC,   "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, “Sun Food" MMC, "Aqrovest" MMC, "Baku Steel Company" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "TST Export" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC,  Dövlət Material Ehtiyatlari Agentliyi, "Azəripək" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)