Sığorta

Sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna ödəmələri 2 dəfə artırılacaq

“Gələn il 2020-ci ilin yanvarın 1-dən Azərbaycanda sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna (İSB) ödəmələri 2 dəfə artırılacaq”.

ENA.az xəbər verir ki, bunu  açıqlamasında “Azərbaycan Sığorta Assosiasiyası” (ASA) İctimai Birliyinin sədri Azər Əliyev deyib.

Eləcə də bax: Sığorta agentlərinə pis xəbər - KOMİSSİYA HAQQI 5%!

 

Onun sözlərinə görə, artıq bu məsələ sığorta şirkətləri ilə razılaşdırılıb.

“Hazırda sığortaçılar İSB-yə sığorta haqqının 5%-i, Maliyyə Bazarlarına Nəzarət Palatasına isə 0,5%-i qədər ödəniş edir. Gələn ildən İSB-yə ödənişlər 10%-ə çatdırılacaq, Palataya ödənişlərdə isə dəyişiklik olmayacaq”, - deyə o, qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)