MALİYYƏ

Türk lirəsi sürətlə bahalaşır - SON QİYMƏT

Dünən 6.0046 lirəyə qədər geriləyən dollar/TL məzənnəsi bu gün 6 lirədən aşağı düşüb. Bakı vaxtı ilə saat 13:10-da 1 dollar 5,9555 lirədən əl dəyişdirib. Türk lirəsi dollar qarşısında 1% dəyər qazanıb.

"ENA" xəbər verir ki, S400 mövzusunda son proseslər bazarlardakı optimizmin səbəbidir. Tramp və Ərdoğanın telefonda danıması da bazarlara müsbət təsir edib.

Dollar əvvəlki gün də S400 xəbərilə 14 Maydan bəri ilk dəfə 5.99 səviyyəsini test etmişdi.

İstanbul birjası (BİST 100 indeksi) 2,2% yüksələrək 89 138 səviyyəsinə qalxıb.

S400-lərin İyuna təxirə salına biləcəyi barədə xəbər yayılıb. Bazar bu xəbəri müsbət qarşılayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)