MALİYYƏ

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

Dünya Bankında 12 ildən çox çalışan iqtisadçı Nadir Ramazanov Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni vəzifəyə təyin olunub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra Maliyyə Nazirliyinin Makroiqtisadi Təhlil və Fiskal Proqnozlaşdırma Departamentinin rəhbəri kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Nadir Ramazanov son 12 ildən artıq müddətdə Dünya Bankında çalışıb. O, 2017-ci ildən qurumda baş iqtisadçı (Senior Economist), 2013-2017-ci illərdə isə iqtisadçı vəzifəsində işləyib.

Həmçinin o, Azərbaycan Mərkəzi Bankında İqtisadi inkişaf və sosial məsələlər şöbəsinin müdiri, həmçinin Pul siyasəti departamentində baş iqtisadçı vəzifələrində çalışıb.

Qeyd edək ki, N.Ramazanov Bakı Dövlət Universitetinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr, ABŞ-ın "Williams College" ali təhsil müəssisəsinin Siyasət İqtisadiyyatı (Policy Economics) üzrə magistr məzunudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)