Azərbaycanda 13 bankın depozit portfeli azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün depozit portfeli illik müqayisədə azalıb.
"ENA" xəbər verir ki, bunlar "Xalq Bank", "Azər-Türk Bank", "AGBank", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", "Express Bank", "Zıraat Bank Azərbaycan", "Bank of Baku", "Bank Avrasiya" və "AFB Bank"dır. Ən çox azalma "AFB Bank"da (35,4%), ən az azalma isə "Xalq Bank"da (3,3%) qeydə alınıb.
Qalan 17 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (2,8 dəfə), "Rabitə Bank"da (2,9%) baş verib.