Gürcüstanda dollar bahalaşmaqda davam edir
Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.
"ENA" xəbər verir ki, Gürcüstan Milli Bankının mayın 30-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7997 lari təşkil edir.
Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0121 lari artıb.
Dolların bahalaşmasını şərh edən Milli Bankın prezidenti Koba Qvenetadze bunu qısamüddətli tərəddüd adlandırıb. O, milli valyutanın ucuzlaşmasını, əsasən, xarici faktorlarla əlaqələndirib.
Qeyd edək ki, qonşu ölkədə dolların sürətlə bahalaşması tendensiyası mayın əvvəllərindən etibarən müşahidə olunur.