İnşaat və əmlak

Azərbaycanda xaricilərə məxsus əmlaklar –AÇIQLANDI

Azərbaycanda xarici vətəndaşların əmlak sahibi olması artıq adi hala çevrilib. Getdikcə daha çox ölkənin nümayəndələri ölkəmizdə əmlak əldə edirlər. 

"Bİ" xəbər verir ki, 2017-cı ilin nəticələrinə görə, Azərbayanda xarici ölkə vətəndaşlarına məxsus olan əmlakların sayı 3 449 olub. Ümumilikdə isə son 5 ildə ölkəmizdə xaricilərə məxsus olan əmlakların sayı 2 dəfə artıb. 
 

Hər 5 əmlakdan 3-ü bölgələrdən alınır

Xaricilərin ölkəmizdə yalnız Bakını tanıdıqları vaxtlar artıq arxada qalıb. Son göstəricilərə əsasən, xaricilərin əldə etdiyi əmlakların 60%-i bölgələrdədir. Belə ki, 2017-ci ilin nəticələrinə əsasən, xaricilərin aldığı 3 449 əmlakdan 2 103-ü və ya 61%-i regionların payına düşüb.

 

Xaricilər hansı regionlardan əmlak alırlar?

Rəqəmlər göstərir ki, xaricilər ölkəmizdə ən çox mərkəzi ərazilər, şimal və cənub bölgələrində əmlak almağa üstünlük verirlər. Belə ki, əcnəbilərə məxsus olan əmlaklarına sayına görə, Bakıdan sonrakı yeri Şirvan, Lənkəran, Zaqatala və Bərdə tutur  ərazi idarələri tutur.

 

Bağ evlərinə maraq 4,7 dəfə artıb

Bölgələrdə xaricilər əsasən fərdi evlər, mənzillər və torpaq sahələri almağa üstünlük verirlər. Ümumiyyətlə, Əcnəbilərə məxsus olan əmlakların 44%-i mənzillər, 34%-i torpaq sahələri, 18%-i fərdi evlərdir.

Ötən illə müqayisədə torpaq sahələri istisna olmaqla bütün əmlak növlərinə xaricilərin marağı artıb. Belə ki, mənzil və fərdi evlərin sayı 45-47%, bağ evləri 4,7 dəfə, qeyri-yaşayış sahələri və binaları isə 2-3 dəfə artıb.

Xaricilərə məxsus mənzillər ən çox Bakı və Sumqayıtda, fərdi evlər Bakı, Xaçmaz və Zaqatalada yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)