"Azercell"dən abunəçilərinə - XƏBƏRDARLIQ
"Azərbaycan mobil rabitə operatorunun şəbəkəsinə müxtəlif ölkələrdən spam xarakteri daşıyan zənglərin, şübhəli məzmunlu SMS-lərin gəlməsi halı müşahidə olunur". Bu barədə "Azercell"dən deyiblər.
Eləcə də bax: İnternet sürətlənəcək və ucuzlaşacaq - orbitə 60 peyk buraxıldı
Bildirib ki, belə hallar şirkətdən qaynaqlanmayan səbəblərdən irəli gəlir.
"Mobil dələduzluq hallarının əlavə vəsait itkisinə səbəb ola bilmə ehtimalını nəzərə alıb, abunəçilərimizə bu zənglərə, SMS-lərə geri dönüş etməməyi tövsiyə edirik", - deyə şirkətdən qeyd ediblər.