Sosial iqtisadiyyat

"Kollektorlarımız yağışa hazırdır"

“Azərsu” ASC-nin bütün kollektorları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) hava şəraitinin kəskin dəyişəcəyilə bağlı xəbərdarlığına tam hazırdır.

Bu barədə  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllı qeyd edib ki, kollektorlar, kanalizasiya nasos stansiyaları tam işlək vəziyyətdədir:

“Bakı sukanal idarəsi, rayon sukanal idarələri gücləndirilmiş rejimdə çalışır”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnoza görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Xatırladaq ki, entyabrın 23-də ETSN tərəfindən anoloji xəbərdarlıq edilməsinə baxmayaraq, şəhərin leysan sularına təslim olması rəsmi qurumların buna hazırlıqlı olmadığını göstərdi.

Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı yaydığı açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, “Azərsu” ASC-ni ittiham edib.


Meriya subasmaları “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ biliməməsini problemi yaradan səbəb kimi göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)