Azərbaycanda 9 bankın kredit portfeli azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun kredit portfeli illik müqayisədə azalıb.
Bunlar "Bank Avrasiya", "Naxçıvan Bank", "Access Bank", "AFB Bank", "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Atabank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (35,4%), ən az azalma isə "Bank Avrasiya"da (0,1%) qeydə alınıb.
Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank Respublika"da (49,8%), ən aşağı dinamika isə "Bank of Baku"da (1,7%) qeydə alınıb.
4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün kredit portfeli 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 937 milyon 769 min manat), "Xalq Bank" (1 milyard 427 milyon 447 min manat), "Kapital Bank" (1 milyard 322 milyon manat) və "PAŞA Bank"dır (1 milyard 269 miylon 689 min manat).