“Rabitəbank” biznes üçün depozit faizlərini - İKİ DƏFƏ ENDİRDİ

“Rabitəbank” ASC biznes müştəriləri üçün cəlb etdiyi milli valyutada (manatda) depozitin illik faiz dərəcəsini 10%-dən 5%-ə qədər azaldıb.
Kommersiya bankı manatla olan depozitlərin 2 il müddətinə cəlbi üçün ödəniş faizni 12%-dən 6%-ə endirməli olub.
Eləcə də bax: "Nikoil Bank"ın vəzifəli əməkdaşlarının - MƏHKƏMƏSİ BAŞLADI
Bununla yanaşı, bank xarici valyutada da bu depozitləri cəlb edir. Yeni dəyişiklikdə avro və dollarda cəlb etdiyi depozitlərin faiz dərəcələrinə toxunmayıb.
Bildirək ki, “Rabitəbank” depozitlər üçün minimal məbləğ 1 mln. manat tətbiq edir. Faiz dərəcəsi əmanətin məbləğindən və müddətindən asılı olaraq Bankın İdarə heyəti tərəfindən müəyyənləşdirilir.