Tikintiyə dövlət nəzarətinin bərpası deputatın etirazına səbəb olub
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara icazə verilir. Bu nə ilə əlaqədardır?”
“ENA” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.
“Bizim komitədən heç vaxt Milli Məclisin plenar iclasına 2 qanun daxil olmayıb. Keçən dəfə "Dövlət rüsumu haqqında" qanun plenara daxil olanda çox böyük debatlara səbəb olub. Hansısa nazir gətirib, qol çəkib, göndəriblər bura. Tikintidə nə yoxlama?! Əgər biz yoxlamaların hamısını saxlamışıqsa, niyə yenidən tikintiyə dövlət nəzarəti yoxlamalarını bərpa edirik, səbəbi nədir?”, -deyə V.Əhmədov bildirib.