Huawei telefonlarında Gmail və Youtube-ın bağlanması ehtimalı var
Google Huawei ilə əməkdaşlığı dayandırır
Google, Huawei ilə təchizat, proqram və texniki xidmətlər sahəsində əməkdaşlığı dayandırdığını açıqlayıb.
"ENA" xəbər verir ki, Google bundan belə əməkdaşlığı yalnız açıq qaynaq məhsullar (Android) sahəsində davam etdirəcək.
"Marja" "Reuters"ə istinadən xəbər verir ki, Huawei telefonlarından Gmail, Youtube kimi xidmətlərə daxilolmanın kəsilməsi ehtimalı var.
Bu qərara çip istehsalçıları Qualcomm və İntel-in də qatılacağı gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp keçən həftə Çinin telekommunikasiya nəhəngi Huawei-ni qara siyahıya daxil etdiyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp, ölkədə "milli fövqəladə vəziyyət" elan edib və Amerika şirkətlərinin milli təhlükəsizlik riski təşkil edən xarici şirkətlərə aid telekommunikasiya avadanlıqlarını istifadə etmələrini qadağan edən bir fərman imzalayıb. Fərmanda ölkə və ya şirkət adı göstərilməsə də əsl hədəfin başda "Huawei" olmaqla Çin şirkətləri olduğu bilinir.