Axtar

Maliyyə və Texnologiyalar Sərgisi

Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində Fintex Sammit Onlayn (Maliyyə və Texnologiyalar Sərgisi) təşkil edəcək.

Assosiasiyadan verilən məlumata əsasən, sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində keçiriləcək.

Tədbir VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda keçiriləcək.

Tədbir zamanı “Auditorium” otağına daxil olaraq panel müzakirələrini dinləmək və spikerlərə sual vermək, “Exibition” otağına daxil olaraq virtual sərgidə iştirak etmək, həmçinin “Networking” otağına daxil olaraq digər iştirakçılarla ünsiyyət qurmaq imkanı mövcuddur.

Qeyd edək ki, ABA tərəfindən hər il may ayında Fintex Summit, noyabr ayında isə Beynəlxalq Bankçılıq Forumu keçirilir. Bu tədbirlər maliyyə-bank və fintexlər sahəsində regionun ən nüfuzlu tədbirləri hesab olunur.

Tədbirin gündəliyi və digər məlumatlarla link vasitəsilə tanış olmaq olar.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33