Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək

Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək.

Həmin gün iki ildən bir keçirilən sayca 6-cı İnvestorlar Yarmarkası da olacaq. Tədbirlər dövlət qurumlarının, xarici və yerli investorların, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq şirkətlərinin, mikromaliyyə qurumlarına xidmət göstərən şirkətlərin nümayəndələrini bir araya gətirəcək.