Gündəm

Azərbaycanda gün ərzində İKİNCİ ZƏLZƏLƏ

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

ENA.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.

3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.

Qeyd edək ki, bundan əvvəl səhər saatlarında Daşkəsən stansiyasından 31 km cənub-qərbdə, Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)