A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Həyat və pensiya sığortası üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə sığortaçı tərəfindən formalaşdırılan, vəsaitlərin aktuar metodlar əsasında hesablanan miqdarı.
Əlavə izahat və misal:
Riyazi ehtiyatlar həyat sığortası növü üzrə müqavilədə nəzərdə tutulan və gələcəkdə baş verə biləcək sığorta hadisələri üzrə mümkün sığorta ödənişləri üçün formalaşdırılan sığorta ehtiyatlarını ifadə edən termindir. Başqa sözlə, müqavilə üzrə qalan müddət üçün olan öhdəliklərin cari tarixə xalis dəyəridir. Məsələn, təvəllüdü 1960-ci il olan şəxs 2005-ci ildə sığorta müqaviləsi bağlayır və orada müqavilənin bağlandığı tarixdən 2015-ci ilə qədər (10 illik) müddət ərzində onun ölməsi halında ailəsinin müqavilədə müəyyən edilmiş məbləğdə sığorta ödənişi alması müəyyən edilir (həyatın ölüm halından sığortası). Sığortaçı sığorta hadisəsi baş verənədək hər il qüvvədə olan sığorta müqaviləsi üzrə riyazi ehtiyatlar formalaşdırır. Məsələn 2008-ci ildə sığorta olunan şəxs yaşda olanların statistikasına əsasən qalan 7 illik müddət üçün ölmə ehtimallarına, investisiya faiz göstəricisinə və sığorta məbləğinə əsasən baş verə biləcək sığorta hadisəsi üzrə mümkün sığorta ödənişlərinin cari dəyəri hesablanır və ehtiyat formalaşdırılır. Bu, riyazi ehtiyat adlanır.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”, bənd 1.3.13:
uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) - hesabat tarixinə qədər baş verməmiş, lakin sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətində gələcəkdə baş verməsi mümkün ola bilən sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 40, 43:
Riyazi ehtiyatlar (eng-mathematical provisions)– bax:həyat sığortası ehtiyatları (eng-life assurance provisions)– sığortaçının gələcək ödənişlər, o cümlədən elan edilmiş bonuslar üzrə öhdəliklərinin, bu öhdəliklərin təmin edilməsinə aidiyyəti olan gələcək sığorta haqlarının çıxılması ilə aktuari tərəfindən qiymətləndirilən, balansda əks olunan dəyər.
Belarus Respublikasının 2000-ci il 28 sentyabr tarixli “Belarus Respublikasında sığorta fəaliyyəti üzrə Qaydalar”ı, bənd 44:
Sığorta təşkilatı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə daxil olan sığorta haqlarından, qanunvericilik aktlarında başqa sığorta ehtiyatlarının formalaşdırılması nəzərdə tutulmamışdırsa, həyat sığortasına aid sığorta növləri üzrə ehtiyatlar (riyazi ehtiyatlar (рус.–математические резервы)və qeyri-həyat sığortası üzrə ehtiyatlar (texniki ehtiyatlar) formalaşdırır.
|
|