A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Risk (sığorta risk)

Sözün izahı

 

Baş verəcəyi təqdirdə sığorta obyekti ilə bağlı itkilərə səbəb ola bilən, ehtimalla gözlənilən hadisə və ya hal.

Əlavə izahat:

Şəxsin mənzili ilə bağlı maddi itkilərə səbəb ola bilən risklər zəlzələ, leysan, dolu, mənzilin yanması, yuxarı mənzillərdən suyun axıdılması və ya sızması, qaz partlayışı və s. ola bilər. Sağlamlıqla bağlı risklər isə ürək çatışmazlığı xəstəliyinin baş verməsi, qəza nəticəsində xəsarət almanı qeyd etmək olar. Qeyd olunan risklərə qarşı sığorta müqaviləsinin bağlandığı anda və bundan sonra həmin müqavilənin qüvvədə olduğu müddətdə müqavilədə təminat verilmiş risklər sığorta riskləri hesab edilir. Müqavilədə qeyd olunan risklərin, yəni sığorta risklərinin baş verməsi nəticəsində müvafiq hallarda mənzilə ziyan dəydikdə və ya sığorta olunanın sağlamlığı pozulduqda sığorta ödənişi verilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.18:

Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.

AzərbaycanRespublikasının Mülki Məcəlləsi, maddə 899.2:

Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda (müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsinin bağlanması) sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.53:

Sığorta riski (eng-insurance risk) – Bax: Texniki risklər – həyat və qeyri-həyat sığortası üzrə sığorta haqlarının və texniki ehtiyatların hesablanmasının aktuar əsasları ilə, həmçinin əməliyyat xərcləri, habelə həddi aşan və ya əlaqələndirilməyən artımla birbaşa və ya dolayısı ilə əlaqəli olan müxtəlif növ risklər.

Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 9:

Sığorta riski (рус.-страховой риск) – baş verməsi ilə bağlı sığortanın həyata keçirildiyi, güman edilən hal; baş verməsi həqiqilik və təsadüfilik əlamətlərinə malik olmalıdır.

Türkiyə Cümhuriyyətinin 2007-ci il 3 iyun tarixli Sığortaçılıq Qanunu, maddə 11, (4):

Təminat verilən risklərlə yanaşı, təminat verilməyən risklər də sığorta müqaviləsində aydın şəkildə göstərilməlidir. Göstərilməyən risklər təminat verilmişlər hesab ediləcək.