A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi riskin başqa bir təkrarsığortaçıda təkrarsığorta etdirdiyi (başqa bir təkrarsığortaçıya ötürdüyü) hissəsi.
Bax: həmçinin,“SESSİYA” və “TƏKRARSIĞORTA”.
Misal:
“A” sığortaçı 5 nömrəli sığorta müqaviləsi üzrə sığortaladığı 300 000 manat məbləğində riskin 250 000 manat hissəsini “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. “B” təkrarsığortaçı da öz növbəsində qəbul etdiyi həmin riskin 100 000 manat hissəsini “C” təkrarsığortaçıda təkrarsığorta etdirir. “B” təkrarsığortaçının qəbul etdiyi risklərin “C” təkrarsığortaçıda təkrarsığorta etdirməsi retrosesessiya adlanır.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikasının qanunvericiliyində ”retrosessiya” anlayışından istifadə edilməmişdir.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.58:
Retrosessiya (eng.-retrocession)– təkrarsığorta şirkətinin təkrarsığorta etdirdiyi risk məbləği; təkrarsığortaçının ötürdüyü sessiya məbləği.
|
|