«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.28:
sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ı, bənd 4.1:
Sığortaçının öz vəsaiti aşağıdakı düsturla hesablanır:
A = B – C – E – Ə – F
burada:
A – sığortaçının öz vəsaitidir;
B – sığortaçının aktivlərinin məcmu balans dəyəridir;
C – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinin məcmu məbləğidir;
E - sığortaçının balans öhdəlikləridir (sığorta ehtiyatları çıxılmaqla);
Ə – sığortaçının balansdan kənar öhdəlikləridir (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmidir);
F - Qanunun 63.1.1-63.1.6maddələrində göstərilmiş aktivlərin (dövlət qiymətli kağızları; bank hesablarındakı pul vəsaitləri; daşınmaz əmlak; qeyri-dövlət qiymətli kağızları; digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər; öz işçilərinə borc verilmiş pul vəsaitləri) qrupuna aid olmayan aktivlərin məcmu balans dəyəridir.
|