Bank

"AFB Bank"ın əsas səhmdarının dəyişməsi bankın strategiyasını dəyişəcəkmi?

“2017-2018-ci illərə bizim bankımız 3 illik strategiya hazırlayıb”.

"ENA" xəbər verir ki, bunu “AFB Bank”in İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynov deyib. O, bildirib ki, əsas səhmdarın dəyişməsi strategiyada heç bir dəyişikliyə yol açmayıb. “Çünki strategiyamız sağlam strategiyadır. Yeni səhmdarımız da strategiyanı bəyəndi. Korporativ bankcılıq üzrə xidmətlərimiz yenə də çoxluq təşkil edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)