Bank

Təmiz qazancın 66%-i TOP-3 bankın əlindədir. Hansılardır?

2024-cü il, aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərmək üçün 23 bankın lisenziyası var. Bu bankların xalis mənfəəti 308.7 milyon manat təşkil edir. ENA.az xəbər verir ki, ölkənin ən iri üç bankın bu mənfəətin 66%-ni öz əlində cəmləşdirib.

Mənfəətin həcminə görə TOP-3 banklar bunlardır: ABB – 80.6 milyon manat, Kapital Bank – 71,4 milyon manat və PAŞA Bank – 51,1 milyon manat. Başqa sözlə bu üç bank birinci rübdə 203,1 milyon manat həcmində təmiz qazanc əldə ediblər. 

Qeyd edək ki, mənfəətin yerdə qalan 105,6 milypn manatı və ya 34%-i 20 bankın arasında bölünür. Demək olar ki, artıq bir neçə ildir ki, bu mütənasiblik pozulmur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)