Hadisə

Bank hesabından yarım milyon dollar oğurlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Businessinsider.az" xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib. Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 077 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)