Gündəm

Azərbaycanda icra başçısının müavini İSTEFA VERDİ

Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.

Bu barədə Bizim.media-ya Zoya Eldarovanın özü məlumat verib. O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)