Hadisə

“Koroğlu”dakı dəhşətli qəza belə baş verib - Video

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşınının aşdığı anın görüntülərini yayıb.

ENA.az xəbər verir ki, qurum, həmçinin hadisə ilə bağlı yük avtomobillərinin sürücülərinə müraciət edib.

“Bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda mədudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır. Bu gün Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”, - müraciətdə deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)